Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Mərkəzi Aparatının şəbəkə infrastrukturu təkmilləşdirilir


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İİT) Rəyasət Heyəti Mərkəzi Aparatının kompüter təchizatı və şəbəkə infrastrukturunun yenidən qurulması və fəaliyyətinin informasiyalaşdırılması üzrə işlər həyata keçirilir.

Hazırda Mərkəzi AMEA-nın 21 institut və təşkilatının 2500-dən çox kompüteri “AzScienceNet” şəbəkəsinə 150 Mbit/s sürətlə qoşulub. “AzScienceNet”in hostinq, “cloud-computing”, “eduroam” kimi xidmətlərinin təşkilinə dair kompleks işlər həyata keçirilir.

Eyni zamanda, mərkəzin struktur layihəsinin hazırlanması, e-kitabxananın şəbəkə infrastrukturunun yaradılması, mərkəzin intellektual informasiya xidməti sisteminin təkmilləşdirilməsi, bu sistemin dünyanın aparıcı e-kitabxanalarına inteqrasiya edilməsi və s. işlər aparılır.

Yaxın zamanda “www.science.gov.az” portalının və “www.ict.az” saytının yeni versiyasının hazırlanması, İnformasiya Texnologiyaları İnstitutunda yeni qeydiyyat-buraxılış sisteminin işə salınması nəzərdə tutulur.

Aynur Vəliyeva




21/06/13    Çap et