Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da yaşlı nəsil “Google+” sosial şəbəkəsini seçir


“Bloomberg” və “YouGov” tərəfindən keçirilmiş tədqiqata əsasən yeni “Google+” sosial şəbəkəsi il ərzində ABŞ-da yaşlı nəsil arasında auditoriyasını 22% artıra bilər və bu göstərici üzrə “Twitter” və “LinkedIn”i ötə bilər. Beləliklə, 2012-ci ilin avqust ayınadək “Google+” platforması istifadəçilərin sayına görə yalnız “Facebook”dan geri qalmaqla, ABŞ-da ikinci ən böyük sosial şəbəkə olmaq üçün bütün şanslara malikdir.
Hal-hazırda “Google+” xidmətindən ABŞ-ın təxminən 13% yaşlı əhalisi istifadə edir, təxminən daha 9% növbəti 12 ay ərzində şəbəkəyə qoşula bilər. “Bloomberg” və “YouGov” proqnozuna əsasən, həmin dövr üçün, “Facebook” sosial şəbəkəsi ABŞ-da öz auditoriyasını 2% itirəcək və Ştatlarda sosial şəbəkə bazarının 69%-nə sahib olacaq.
Analitiklər bildiriblər ki, bu ilin iyun ayında istifadəyə verilən “Google+” şəbəkəsinin auditoriyası daha sürətlə artır. Birinci ay ərzində “Google+” öz bazasını 25 milyon istifadəçiyə qədər artırıb, eyni zamanda “Facebook”un qlobal bazası indi təxminən 750 milyon istifadəçidən ibarətdir.




06/08/11    Çap et