Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ağstafada sürətli internet istifadəçilərinin sayı 1500-ü keçib


Ağstafa Rayon Telekommunikasiya Qovşağından  bildirilib ki, cari ilin birinci yarısında rayonda sürətli internetdən istifadə edənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 640 nəfər artaraq 1500-ü keçib.

Son vaxtlar kənd əhalisi arasında da internet istifadəçilərinin sayı artmaqdadır. Belə ki, cari ilin ötən dövrü ərzində Köçəsgər, Dağkəsəmən, Poylu, Qıraqkəsəmən və Eynallı kəndlərində ADSL avadanlığı qurularaq abonentlərə internet xidməti göstərilməsinə başlanılmışdır. Hazırda bu kəndlərdə 392 sürətli internet istifadəçisi vardır.




24/06/13    Çap et