Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər Citigroup-un yapon bölməsi müştərilərinin məlumatlarını oğurlayıblar


Citigroup-un yapon bölməsinin 90 mindən çox müştərisinin şəxsi məlumatları hakerlər tərəfindən oğurlanıb və ola bilsin ki üçüncü şəxslərə satılıb. Bu barədə Citigroup administrasiyası tərəfindən yayılmış bəyanata istinad edərək Agence France-Presse bildirib.
Kibercinayətkarların əlinə keçən informasiyada hesab nömrələri, adlar, ünvanlar və Citigroup müştərilərinin doğum tarixləri var. Bəyanatda bildirilib ki, hesablardan pul vəsaitlərini əldə etmək üçün lazım olan PIN kodlar və ya digər məlumatlar oğurlanmış informasiya massivində olmayıb.
2011-ci ilin iyun ayında hakerlərin Citigroup-un amerika bölməsinə güclü hücumu haqqında məlum olub. Hücum isə may ayında edilib. Qırma nəticəsində bankın 360 min müştərisinin məlumatı ələ keçirilmişdi.




06/08/11    Çap et