Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iOS 7.0” ikinci beta-versiyasını buraxıb



“Apple” şirkəti bu gün “iPad”və “iPad Mini” internet planşetləri üçün nəzərdə tutulmuş  yeni “iOS 7.0” mobil əməliyyat sisteminin ikinci versiyasını buraxıb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, əməliyyat sisteminin ilk beta-versiyası bu ayın əvvəlində “WWDC 2013”-də təqdim edilib.

Yeni “iOS 7.0” beta-versiya təkmilləşdirilib və öncə müşahidə olunan ümumi nasazlıqlar aradan qaldırılıb və “iPad” internet planşetləri tərəfindən dəstəklənməsi daha da yaxşılaşdırılıb. Şirkət “Voice Memos” proqramının dəstəklənməsini genişləndirib və “Siri” səs assistentlik etmə sisteminə yeni səslər əlavə edib.
Beta-versiya yalnız “Apple” şirkətinin rəsmi tərtibatçıları tərəfindən yüklənmək üçün açıqdır.

Şirkət adi istifadəçilərin qurğularında rəsmi buraxılışdan öncəki versiyaların   quraşdırılmasını  tövsiyə etmir.

Aynur Vəliyeva




25/06/13    Çap et