Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Riçard Stollman və Ayron Şvars “İnternetin Şöhrət Muzeyinə”na salınıb



Azad proqram təminatı fondunun yaradıcısı Riçard Stollman və internet-aktivist Ayron Şvars 2013-cü ildə “İnternetin Şöhrət Muzey”nə salınıb. Bu barədə mükafatın təşkilatçısı “Internet Society”-nin saytında yazılıb.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Ayron Şvars sözügedən mükafata olümündən sonra layiq görülüb.

Aktivist 2013-cü ilin yanvarında intihar edib. Mükafatın təşkilatçıları qeyd ediblər ki, Şvars “RSS” formatının versiyalarından birinin həmmüəllifi, “Reddit” saytının ortağı və “Creative Commons” qeyri-kommersiya təşkilatının təsisçilərindən biri olub.

2013-cü ildə Şvars və Stollmandan savayı “İnternetin Şöhrət Zalı”na daha 30 insan salınıb. Onların arasında "Vikipedia" onlayn ensiklopediyasının banisi Cimmi Uels, ötən əsrin 90-cı illərinin ortalarında populyar “Mosaic” brauzerinin həmmüəllifi Mark Andressen və digər xadimlər var.

“İnternetin Şöhrət Zalı” şəbəkənin inkişafına əhəmiyyətli töhfəyə görə təqdim olunan illik mükafatdır.

Emil Hüseynov




27/06/13    Çap et