Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TQDK yeni elektron xidmət istifadəyə verib


Namizədlərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

“ICTnews” elektron xəbər xidmətinin verdiyi məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) məxsus elektron xidmət imtahan vermiş şəxslərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi üçün nəzərdə tutulub.

Cavab kartının qrafik təsvirinə baxmaq üçün namizədə məxsus iş nömrəsi və şifr (ödəmə kartının Pin kodu və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və ya PİN kodu) proqramın tələb etdiyi müvafiq sahələrə daxil edilməlidir. İstifadəçiləri fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.

CAHANGİR





01/07/13    Çap et