Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fişinq hücumlarının 20%-i banklara hədəflənib


"Kasperski Laboratoriyası" mütəxəssislərinin gəldiyi nəticəyə əsasən, 2012-ci ilin mayından 2013-cü ilin aprelinədək qeydə alınmış hər beşinci fişinq hücum banklara və maliyyə təşkilatlarına doğru yönəlib. Beləliklə, yuxarıda baxılan müddət ərzində fişinq hücumlarının 20.64%-i maliyyə veb-resurslarına qarşı hədəflənib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, kibercinayətkarların bank və internet üzərindən ticarət sahəsinə diqqəti heç də təsadüfi deyil.

Belə ki, onlar veb-səhifələri, məsələn, axtarış və ya poçt xidmətləri səhifələrini saxtalaşdıraraq bu cür hücumların “qurban”larının fərdi məlumatlarını satıb qeyri-leqal qazanc əldə edə bilərlər. Əgər kibercinayətkarlar onlayn-bankçılıq və ya populyar internet mağazaların sistemlərinin səhifələrini saxtalaşdırırlarsa, o zaman bir qayda olaraq dərhal pul əldə edirlər.

Emil Hüseynov




01/07/13    Çap et