Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnternetdə videomühazirələr” xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən təqdim olunan “İnternetdə videomühazirələr”  xidməti “Elektron hökumət” portalına əlavə edilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmət istifadəçilərin təcrübəli ekspertlərin mühazirələrindən istifadə etməklə qəbul imtahanı fənləri üzrə hazırlaşmalarına kömək üçün nəzərdə tutulub. 
 Elektron xidmətin göstərilməsi nəticəsində istifadəçi kompüterində seçdiyi fənn və dərsə aid videomühazirəyə baxır.

Qeyd edək ki, informativ növlü elektron xidmət ödənişsiz həyata keçirilir.
 
CAHANGİR





02/07/13    Çap et