Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA-nın yeni saytı açılıb


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının rəsmi internet saytı yaradılıb. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, İnternet saytda ekspedisiyanın tərkibində olan bütün məlumatlar yerləşdirilib.
Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının üzvü Səbuhi Hüseynovun sözlərinə görə, internet saytın köməkliyi ilə elmi ictimaiyyət ilə ekspedisiya daim əlaqədə ola biləcək. Onların istənilən suallarına cavab verə biləcək. Gələcəkdə saytın ingilis və rus dillərində də olması üzərində iş gedir.
Qeyd edək ki, bu saytın köməkliyi ilə Şamaxı-Ağsu regionunda yerləşən arxeoloji abidələr haqqında ətraflı məlumat əldə edə bilərlər. İnternet sayt www.shamakhiagsuexpedition.org ünvanında yerləşir.




08/08/11    Çap et