Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səfir: «Litvanın Aİ-dəki sədrliyi zamanı prioritet istiqamətlərdən biri informasiya texnologiyaları olacaq»


Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ölkəsinin Avropa İttifaqındakı sədrliyi zamanı görəcəyi işlərlə bağlı cəmiyyətimizi məlumatlandırıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov sözügedən səfir Arturas Jurauskası qəbul edib. E.Məmmədyarov Litvanın Avropa İttifaqında (Aİ) sədrliyə başlaması münasibəti ilə təbrik edib. Görüşdə Azərbaycan və Litva arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.

Öz növbəsində səfir Litvanın Aİ-dəki sədrliyi zamanı prioritet istiqamətlərin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq, gənclərlə iş, informasiya texnologiyaları və enerji sahələrinin olacağını qeyd edib.
E.Məmmədyarov Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edərək sözügedən əməkdaşlığın strateji səviyyədə olduğunu bildirir.

SEYMUR




03/07/13    Çap et