Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət proqramlarının icrası ilə bağlı portal yaradılıb



Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət proqramlarında icrası komissiyaya həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi ilə bağlı portal istifadəyə verib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə,  portal Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən yaradılıb.

Portalda sahə üzrə dövlət proqramları, komissiyanın tədbirlər planı və hesabatları yerləşdirilib.
Sözügedən portal komissiyanın rəsmi saytında – “http://opengov.csc.gov.az” subdomen adı ilə ayrıca bölmə kimi fəaliyyət göstərir.

CAHANGİR




03/07/13    Çap et