Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Tənzimləyicilərin Qlobal Simpoziumunda təmsil olunur


Polşanın Varşava şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Polşanın Dövlət İdarəçiliyi və Rəqəmsallaşma, həmçinin Polşanın Rabitə Qurumunun birgə təşkilatçılığı ilə Tənzimləyicilərin Qlobal Simpoziumu (GSR) keçirilir. 

BTİ-nin mühüm tədbirlərindən sayılan GSR hər il dünyanın müxtəlif şəhərlərində təşkil olunur.  Tədbir özündə tənzimləyici qurumları və qlobal şirkətlərin yüzlərlə nümayəndələrini birləşdirir.  

Builki simpozium çərçivəsində müzakirələr "4-cü nəsil tənzimləmənin prinsipləri: rəqəmsal rabitənin perspektiv inkişafının təmin olunması" başlığı altında aparılır. Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları da iştirak edirlər.




04/07/13    Çap et