Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti İrana 13 milyon dollar dəyərində avadanlıq tədarük edib



"Sony" şirkəti bəyan edib ki, Dubayda öz dilerlərinə 13 milyon dollardan çox video və tibbi avadanlıq satıb və onlar da öz növbəsində bu avadanlıqları İrana satıblar. Şirkətin hesabatında deyilir ki, satılmış avadanlıq İran polisinin İT departamentinə, həmçinin "Iran Broadcasting" dövlət şirkətinə tədarük edilib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Sony" şirkəti etiraf edib ki, hazırda onun Amerika bölməsi İrana tədarüklərə görə ABŞ tərəfindən sanksiya ilə üzləşə bilər. "Sony" şirkətinin hesabatı bu cür informasiyanın açıqlanmasını tələb edən Amerika tənzimçilərinin tələbi əsasında dərc edilib.

Emil Hüseynov






05/07/13    Çap et