Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dropbox” xidmətinin auditoriyası 175 milyon olub


Məşhur “bulud” fayl saxlancı “Dropbox”un istehsalçıları San-Fransiskoda keçirilmiş xüsusi konfransda bəyan ediblər ki, sözügedən xidmətin qlobal auditoriyası 175 milyona çatıb. İstifadəçilər gündəlik sözügedən xidmətə milyarddan çox müxtəlif fayl yükləyirlər.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, bu məlumatlara əsaslanaraq qeyd etmək olar ki, “Dropbox” hazırda dünyanın ən böyük “bulud” fayl saxlanclarından biridir. Lakin onun tərtibatçıları əldə edilmiş uğurla kifayətlənmək istəmirlər və artıq xidmət üçün eyni anda bir neçə təkmilləşdirmə hazırlayırlar.

Emil Hüseynov
 
 




11/07/13    Çap et