Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet telefoniya xidmətlərinin auditoriyası 1 milyardı ötəcək


"Infonetics Research" şirkətinin tədqiqatçılarının proqnozuna əsasən, ilin sonunadək "VoIP" xidmətlərin istifadəçilərinin sayı 1 milyardı ötəcək. Buna baxmayaraq,  internet telefoniya xidmətlərinin operatorları elə də çox gəlir qazanmırlar.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə əsasən, "VoIP" mobil xidmət (məsələn, Skype) istifadəçisinin orta illik ödənişi 7 dollar təşkil edir. Daha çox gəlir əldə etmək üçün "OTT" xidmətlərinin sahibləri alternativ qazanc mənbələri axtarmağa məcburdurlar.

"Skype – VoIP" xidmətlər bazarında "Over-The-Top (OTT)" texnologiyası üzrə işləyən ən böyük "oyunçu"dur. Sözügedən xidmətin auditoriyasının 40%-i "Skype"-ın payına düşür.

"Infonetics Research" tədqiqat məlumatlarına əsasən, 2012-2017-ci illərdə "LTE (VoLTE)" şəbəkələri üzrə səs kommunikasiyaları istifadəçilərinin sayı hər il orta hesabla 145% artacaq.

Emil Hüseynov




12/07/13    Çap et