Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tibb mütəxəssisləri sertifikasiya test imtahanlarının nəticələrini SMS vasitəsilə öyrənəcəklər



 
Səhiyyə sistemi üzrə mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarının ikinci mərhələsində 126 nəfər iştirak edəcək. Bu barədə Səhiyyə Nazirliyindən (SN) məlumat verilib.

SN-dən bildirilib ki, ölkə başçısının sərəncamı ilə təsdiqlənmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır: "Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub. Bunlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb. İmtahanların test mərhələsindən 126 nəfər məqbul alaraq ikinci, müsahibə mərhələsinə buraxılırlar. Müsabiqənin nəticələri Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək".

Nazirlikdən o da qeyd edilib ki, tibb mütəxəssisləri artıq sertifikasiya test imtahanlarının nəticələrini SMS xidməti vasitəsilə öyrənə biləcəklər. Bunun üçün imtahan sözü və boşluqdan sonra eyniləşdirmə kodunu yazıb, 9103 nömrəsinə mesaj göndərilməlidir.

Qısa mesajın (SMS) nümunəsi:
Kimə: 9103
Mesaj mətni: imtahan 0000000

 
Həqiqət İSABALAYEVA




12/07/13    Çap et