Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya çapdan çıxıb



 
 
“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) “İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxıb.
Yeni nəşrin müəllifləri AMEA-nın akademik-katibi, İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, texnika elmləri doktoru Ramiz Alquliyev, Təhmasib Fətəliyev və Rəhilə Həsənovadır.

İTİ-dən verilən məlumata görə, ekspress-informasiya elmmetriyanın yaranma tarixi, mövcud vəziyyəti və imkanlarının araşdırılmasına həsr olunub.  Tədqiqatçının elmi fəaliyyətinin və elmi jurnalların qiymətləndirilməsi üçün istifadə edilən elmmetrik göstəricilər analiz edilib, bu sahədə böyük nailiyyətlər əldə etmiş və “Prays” medalı ilə təltif edilmiş alimlər haqqında məlumatlar verilib.

Nəşrdə bibliometriyanın əsasını təşkil edən qanunlar haqqında məlumatlarla yanaşı, universitet və ölkələrin reytinqinin təyin edilməsi üçün mövcud vebometrik modellərin təsviri də verilib. Təklif edilən material bu sahədə elmi araşdırmalar aparan tədqiqatçılar üçün əhəmiyyətli dəyərli mənbədir. Nəşrin elmi redaktoru tex.ü.f.d. Rəşid Ələkbərovdur.
 
Həqiqət İSABALAYEVA




12/07/13    Çap et