Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Abituriyentlər imtahan binalarının yerini daha asan tapacaqlar



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytında yerləşdirilən proqram vasitəsilə abituriyentlər imtahan binalarının yerini müəyyən edə bilərlər.

Komissiyadan verilən məlumata görə, TQDK tərəfindən abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə komissiyanın internet saytında xüsusi xəritə-göstəricilərlə təchiz olunmuş,  binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib: "Hər bir abituriyent həmin səhifəyə daxil olaraq imtahan verəcəyi binanı seçməklə onun harada yerləşdiyini  müəyyənləşdirə bilər".   

CAHANGİR




15/07/13    Çap et