Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hillari Klinton “Twitter”də hesab açıb



 
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton “Twitter”də özünə hesab açıb. Dövlət Departamentinin sabiq direktoru dərc etdiyi ilk tvitində “textsfromhillary.com” adlı zarafatcıl saytın təsisçilərinə öz təşəkkürünü bildirib. Qeyd edək ki, sözügedən saytın müəllifləri məlumatları Klintonun adından təqdim ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, ABŞ-ın keçmiş dövlət katibinin tvitlərinə təxminən 245 min istifadəçi abunə olub.

Klinton yeni profilinə hərbi təyyarədə çəkilmiş fotoşəkli yerləşdirib.

Emil Hüseynov
 
 





15/07/13    Çap et