Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“CINeration”lar gecə saatlarında pulsuz danışacaq



“Bakcell” istifadəçilərinin ən sevimli tarifi olan “CİNeration” limitsiz gecə zənglərini təklif edir. Belə ki, ayda sadəcə 0.99 AZN ödəməklə, “CİNeration” abunəçiləri gecə saat 00:00-dan səhər saat 08:00-dək şəbəkə daxilində pulsuz danışa bilərlər.

Hal-hazırda “CİNeration” istifadəçiləri aşağıdakılar daxil olmaqla, bir çox sərfəli təklifdən yararlanırlar:

Həftədə balansa 5 AZN yükləmək şərtilə həftəsonu pulsuz şəbəkədaxili zənglər;


Gündə sadəcə 5 qəpiyə gündəlik limitsiz internet paketi;

“CİNeration” tarifinin bütün abunəçilərinə çox sərfəli zəng və SMS – dəqiqəsi sadəcə 2 qəpik;

Və artıq 16 iyul 2013-cü il tarixindən etibarən, ayda sadəcə 0.99 manata pulsuz şəbəkədaxili gecə zəngləri.

“CİNeration” abunəçiləri *512#1#YES kodunu (USSD) yığmaqla bu təklifdən yararlana bilərlər.
Şirkətdən verilən məlumata görə, bu kampaniya 3 ay davam edəcək.




16/07/13    Çap et