Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” kartoqrafiya şirkətini satın alır




 
“Apple” şirkəti maraq nöqtələri haqqında məlumatın toplanılması üzrə ixtisaslaşmış Kanadanın “Locationary” şirkətini satın alıb.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, Amerika şirkətinin nümayəndəsi Stiv Daulinq satınalma faktını təsdiqləyib: “Apple” vaxtaşırı kiçik şirkətləri satın alır və biz adətən  hədəf və planlarımızı müzakirə etmirik".

Xatırladaq ki, “iOS 6” platformasında “Google”-un xəritəsindən imtina və “Apple Maps”a keçiddən sonra Kupertino şirkəti istifadəçilər tərəfindən tənqidə məruz qalmışdı. Bununla əlaqədar, hətta Tim Kuk 2012-ci ilin sentyabrında “Apple”-ın saytında üzrxahlıq məktubu dərc etmək məcburiyyətində olub. “Locationary” şirkətinin satınalınması “Apple” şirkətinin xəritə üzərində ciddi işləyəcəyindən xəbər verir.

Emil Hüseynov
 




22/07/13    Çap et