Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Analitik “Windows”-qurğuların bazar payının sürətlə azalmasını qeyd edib


Britaniyalı ekspert Benedikt Evans "Windows" əməliyyat sistemi (ƏS) ilə işləyən qurğuların bazar payını müşahidə edib. O, "Gartner", "IDC", "Enders Analysis" kimi analitik şirkətlərin, həmçinin "Apple" və "Google"-un məlumatlarına əsaslanaraq nəticə çıxarıb.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, Evans aydınlaşdırıb ki, 2009-cu ildə internetə çıxış imkanına malik "Windows" qurğuların bazar payı təxminən 90% təşkil edib, lakin bundan sonra daima onun azalması müşahidə olunub. Yalnız 2010-cu ildə cüzi artım nəzərə çarpıb, 2013-cü ilin martında isə onun payı 20%-dək azalıb.

Evansın fikrincə, "Windows 95" ƏS-nin çıxarılmasını "Microsoft" korporasiyasının qələbə anı adlandırmaq olar. Lakin bundan sonra internetin inkişafı başlanıb və proqram korporasiyası o vaxtdan, çoxmilyardlı investisiyalara baxmayaraq güclü qüvvə olmayıb.

Emil Hüseynov
 




23/07/13    Çap et