Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Android 4.3 Jelly Bean” əməliyyat sistemini təqdim edib



ABŞ-ın "Google" şirkəti San-Fransiskoda "Android 4.3 Jelly Bean" mobil əməliyyat sistemini və ikinci nəsil "Nexus 7" planşet kompüterini təqdim edib.  

Yenilənmiş "Android"də tərtibatçılar qrafik parametrləri xeyli yaxşılaşdırıblar. Belə ki, indi mobil sistem "Open GL ES 3.0" standartını dəstəkləyir, habelə digər qurğularla qarşılıqlı əlaqə üçün proqram təminatında "Bluetooth Smart" texnologiyasını dəstəklənməyə başlayıb. Bundan başqa, "Android 4.3"-də mətnin daxil edilməsi funksiyaları yaxşılaşdırılıb.

Yeni "Nexus 7" planşet kompüteri dördnüvəli "Snapdragon S4 Pro" prosessoru, 5 meqapikselli əsas və 1,2 meqapikselli ön kamera və 2 giqabaytlıq operativ yaddaşla təchiz edilib. Qurğunun ekran diaqonalı dəyişməz qalaraq 7 düym təşkil etsə də, təsvir ölçüsü artırılıb.

Planşet "Wi-Fi" və "4G LTE" şəbəkələrini dəstəkləyən simsiz enerji toplama qurğusuna malikdir, eləcə də "Android 4.3" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Planşetin ABŞ bazarında qiyməti vergilər nəzərə alınmadan 229-269 dollar arasında dəyişəcək.  
"www.itar-tass.com"
 




25/07/13    Çap et