Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” müasir elektronika və portativ cihaz həvəskarlarını sevindirəcək


“Twitter” bu gün müasir elektronika və portativ cihaz həvəskarları üçün nəzərdə tutulmuş veb-xidməti idarə edən “Bagcheck” sosial startapını alması barədə məlumat yayıb. Bu saytda istifadəçilər müasir cihazları “Web2.0” stilində müzakirə edirlər, təəssüratlarını paylaşırlar, “HiTech” yenilikləri necə tətbiq etdiklərini və nə üçün bunu etdiklərini bildirirlər.
Layihə proqramçılar Sem Pullara və Lyuk Vroblevski tərəfindən yaradılıb. İndi “Bagcheck” layihəsi artıq cihazların müzakirəsi üçün meydançadan daha böyükdür, həm də bir çox istifadəçilər ona öz bloqunun fəaliyyəti və gündəlik həyatı haqqında danışmaq üçün platforma kimi baxırlar. “Twitter”in bəyanatında bildirilib ki, “Bagcheck” hələ müəyyən vaxt köhnə ünvanda fəaliyyət göstərməyə davam edəcək, amma gələcəkdə bu dəyişə bilər. Həmçinin bildirilib ki, Sem Pullara “Twitter”in mühəndis komandasının tərkibinə daxil olacaq.


cybersecurity.ru




09/08/11    Çap et