Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 100 mindən artıq smart-kart tipli su sayğacı quraşdırılıb



2012-ci ilin əvvəlindən ölkədə smart-kart tipli su sayğaclarının quraşdırılmasına başlanılıb və ötən müddətdə quraşdırılmış ön ödənişli sayğacların sayı 100 mini keçib.

“ICTnews” elektron xəbər xidmətinin “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə,  smart-kart sayğaclarının quraşdırılmasına ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron Su-kanal idarə və departamentlərinin xidmət göstərdiyi ərazilərdə başlanılıb və daha sonra regionlarda həyata keçirilib.

Su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində Quba, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Şamaxı, Oğuz, Hacıqabul, Tovuz, Ağstafa  və digər şəhərlərdə də abunəçilər smart-kart sayğaclarla təmin olunub. Ümumilikdə bu ilin  yanvar-iyun aylarında 73 min smart-kart sayğacın quraşdırılması təmin edilib.

CAHANGİR
 




25/07/13    Çap et