Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Botanika İnstitutunun saytı “AzScienceNet” şəbəkəsinə inteqrasiya edilib



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun "www.botany.az" saytı "AzScienceNet" elm kompüter şəbəkəsində yerləşdirilib.

"ICTnews" elektron xəbər xidmətinin AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "E-elm" proqramının tələblərindən olan bu kimi tədbirlərin həyata keçirilməsi elmi idarə və təşkilatlarda təhlükəsizlik məsələlərinin təmini, elmin inkişafına dəstək və s. baxımdan mühüm əhəmiyyət kəsb edir.

İnternet şəbəkəsinə sürətli bağlantısı olan "AzScienceNet"-in təqdim etdiyi xidmətlər sırasına hostinq xidmətlərindən əlavə e-poçt, e-kitabxana, distant təhsil, "AZ-CERT", "Eduroam", "Grid", "Cloud Computing (AzCloud)" xidmətləri də daxildir ki, bu da AMEA institut və təşkilatlarının, elmi işçilərin fəaliyyətinin yüksək səviyyədə, beynəlxalq tələblər əsasında təşkili məqsədlərinə xidmət edir.

Məlumat üçün bildirək ki, hostinq xidmətləri təqdim edən "AzScienceNet"-də AMEA-nın və ölkəmizdə fəaliyyət göstərən digər elm və təhsil qurumlarının 10-dan artıq veb-saytı yerləşdirilib.

CAHANGİR
 




26/07/13    Çap et