Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün Sistem Administratoru Günü qeyd edilir



 
İyulun son cümə günü ənənə üzrə Beynəlxalq Sistem Administratoru Günü qeyd edilir.

“ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, bu bayram ilk dəfə ABŞ-da 2000-ci il iyulun 28-dən etibarən qeyd edilməyə başlanıb. Məhz həmin gün Çikaqo sakini Ted Kekatos “sysadminday.com” saytını qeydiyyatdan keçirərək iyulun son cümə gününü Beynəlxalq Sistem Administratoru Günü kimi qeyd etməyi təklif edib.

Emil Hüseynov
 
 




26/07/13    Çap et