Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ballmer: "Surface" planşetlərinin satış həcmi zəifdir


"Neowin" saytının məlumatına əsasən, "Microsoft"un direktoru Stiv Balmer etiraf edib ki, korporasiya sata biləcəyindən artıq "Surface" planşeti istehsal edib. Şirkət rəhbərliyi əmindir ki, bu yaxınlarda planşetlərin qiymətinin 30% azaldılması vəziyyəti düzəldəcək.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Balmer "Surface" planşetinin sonrakı modelləri haqqında informasiya verməyib.

"Microsoft" rəhbəri, həmçinin deyib ki, "Windows Phone" mobil əməliyyat sistemi üçün "Instagram" tətbiqinin yaradılması "Windows Marketplace" onlayn mağazasında 900 min tətbiqin yerləşdirilməsi ilə müqayisədə daha əhəmiyyətlidir, keyfiyyət kəmiyyətdən daha üstündür.

Emil Hüseynov




27/07/13    Çap et