Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi kompüterlərin satış həcmi azalır



Mikroprosessor istehsalçısı “Intel” korporasiyası masaüstü fərdi kompüterlərin (FK) satış həcminin azalmasını tamamilə hiss edir, buna görə də planşet və başqa mobil qurğular istiqamətində həllər istehsalına keçməyə məcbur olub. Bu barədə “Bloomberg TV”-nin efirində “Intel”in maliyyə direktoru Steysi Smit deyib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, istehlak EHM bazarında fundamental dəyişiklik müşahidə olunur və bu, fərdi kompüterlərə tələbatın azalması ilə nəticələnir. "Hazırda insanların əksəriyyəti "kompüter" dedikdə masaüstü fərdi kompüter və ya noutbuk başa düşür, lakin iki-üç il sonra bu anlayış planşet ilə əvəz olunacaq.

Smit deyir ki, hazırda “Intel” yuxarı qiymət kateqoriyasına aid planşetlər, həmçinin planşetə çevrilə bilən noutbuklar üçün çiplərin yaradılması üçün öz qüvvələrini bir yerə toplayır. Bu halda, o əlavə edib ki, hələ ki nə planşet, nə də smartfonlar prinsip etibarilə FK-nın öhdəsindən gəldiyi məsələləri həll etməyə qadir deyil, buna görə yaxın gələcəkdə FK üçün çiplərin satışları müşahidə olunacaq.

Emil Hüseynov
 
 
 
 




30/07/13    Çap et