Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bəşər Əsəd “Instagram” foto xidmətində hesab açıb


Suriya prezidenti Bəşər Əsədin administrasiyası ona “Instagram” foto xidmətində hesab açıb. Sözügedən xidmətə prezidentin tərəfdarları ilə görüşməsini və xəstəxanalarda yaralılara baş çəkməsini əks etdirən fotoşəkilləri yüklənib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, xəbərin yazılması anında hesabın 1943 izləyicisi olub.

Xatırladaq ki, Suriya prezidenti artıq “Twitter”, “Facebook” və “YouTube” xidmətlərində hesaba malikdir.
2011-ci ilin martından Suriyada vətəndaş müharibəsi gedir. Silahlı üsyançılar hökumət qoşunları ilə vuruşur. Artıq 100 mindən çox insan qətlə yetirilib.

Emil Hüseynov
 




31/07/13    Çap et