Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Texnopark çərçivəsində İnkubasiya Mərkəzi fəaliyyətə başlaya bilər


 
Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə "Yüksək Texnologiyalar Parkı" MMC-nin elan etdiyi texnoparkın konsepsiya və dizayn işlərinin hazırlanması üçün müsabiqəyə  artıq bir necə yerli və xarici şirkətlər müraciət ediblər.
 
 Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə "Yüksək Texnologiyalar Parkı" MMC-dən məlumat verilib. MMC bildirir ki, hazırda müsabiqə davam edir və maraqlı qurumlar iştirak etmək üçün müraciət edə bilərlər. Eyni zamanda "YT"-Park tərəfindən Texnopark çərçivəsində İnkubasiya Mərkəzinin Pilot layihəsi üzrə hazırlıq işləri dəvam etməkdədir. İnkubasiya Mərkəzi innovativ gənclərin ideyalarının formalaşmasını, inkişafını və məhsul formalaşmasına gətirilib çıxarılması üçün yaradılacaq bir mexanizmdir. Bu mexanizm artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində tətbiq olunur və öz bəhrəsini verməkdədir.

Qeyd edək ki, İnkubasiya Mərkəzinin Pilot layihəsi üzrə hazırlıq işlərinin bu ilin sonuna kimi başa çatacağı və onun fəaliyyətinə start veriləcəyi gözlənilir.

SEYMUR




02/08/13    Çap et