Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Üç SİM kart dəstəkləyən telefonlar istehsal olunacaq



 
Hazırda iki SİM kart dəstəkləyən telefonla kimisə təəccübləndirmək olmaz, lakin Çinin “Goophone” və Koreyanın “LG Electronis” şirkətləri  bu konsepsiyanı inkişaf etdirmək və yaxın həftələr ərzində üç SİM kart dəstəkləyən telefonlarını təqdim etmək niyyətindədirlər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yenilik vaxtının çox hissəsini səyahətlərdə və ya işdə keçirən insanlar üçün nəzərdə tutulub.

Çinin “Goophone” şirkəti “X1” aparatının tədarüklərinə başlayır, “LG” şirkəti isə “Optimus L4 II” aparatını istehsal edir.
 
Emil Hüseynov




05/08/13    Çap et