Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalının “Facebook” səhifəsi istifadəçilərinin sayı artıb



“Elektron hökumət” portalının rəsmi “Facebook” səhifəsi (www.facebook.com/egov.az) fəaliyyətini genişləndirir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq səhifə istifadəçilərinin sayı 66 mini ötüb.

 Sözügedən “Facebook” səhifəsi ölkəmizdə “Elektron hökumət”in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşları maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq, eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək, istifadəçiləri keyfiyyətli elektron xidmətlərlə təmin etmək məqsədilə yaradılıb.

Qeyd edək ki, “Elektron hökumət” portalı üzərindən e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər “Facebook” səhifəsinə daxil olaraq öz fikirlərini bildirir və paylaşırlar. Səhifəyə ünvanlanan suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürülən təklif və rəylər mütəmadi olaraq nəzərə alınır.

CAHANGİR




12/08/13    Çap et