Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Google Maps"da Azərbaycan bayrağı cırıq göstərilib



Ölkəmizə qarşı növbəti təxribat həyata keçirilib. "Google" şirkətinin "Google Maps" xidmətində Bakının Bayıl qəsəbəsində yerləşmiş Azərbaycan bayrağının 3D modeli təsvir olunub.

Bu modeldə Azərbaycana qarşı növbəti təxribat xarakterli addım atılıb. Belə ki, Azərbaycanın Dövlət Bayraq Meydanının həmin 3D modelində bayrağımız cırılmış şəkildə təsvir olunub.

Bu problemin aradan qaldırılması üçün azərbaycanlı internet istifadəçilərinin "Google "şirkətinə şikayət məktubu ünvanlaması xahiş olunur.

Kamal Hacıyev




13/08/13    Çap et