Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Abituriyentlərin internet vasitəsilə ixtisas seçimi bu gün başa çatır



2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər cari il avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, abituriyentlərin ixtisas seçimi bu gün saat 00:00-da başa çatacaq. 

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər. 

CAHANGİR




15/08/13    Çap et