Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil dükanlar bir-biri ilə yarışır


“Distimo” analitik şirkəti “Android” və “iOS” platformaları üçün mobil tətbiq bazarının vəziyyətinə dair hesabat dərc edib. Hesabata əsasən, “Google Play” tətbiq mağazasında gəlir həcminin səviyyəsinə görə artım tempi yüksəkdir, lakin gəlirin ümumi səviyyəsinə görə “Apple App Store” mağazası hələ də öndədir.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, son 6 ayda “Google Play” onlayn mağazasının gəliri 67% artıb, “Apple App Store” mağazasında isə 15%-lik artım qeydə alınıb. Lakin “App Store” mağazası tərəfindən əldə edilən orta gəlirin həcmi “Google Play” mağazasının gəlirini ötür. Bununla belə, “Google”un tətbiq mağazası əldə edilən gəlirin həcminə görə “Apple” mağazası ilə arasındakı fərqi tədricən azaldır.

Emil Hüseynov
 




15/08/13    Çap et