Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” şirkəti fırıldaqçılıqla mübarizəni gücləndirir


"IBM" korporasiyası, maliyyə sahəsindən olan müştərilərinə fırıldaqçılıq və çoxpilləli haker hücumları ilə mübarizə üzrə həlləri təqdim edə biləcəyi "Trusteer" şirkətini alır.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, saziş imzalandıqdan sonra "Trusteer" şirkətinin adı "IBM Cybersecurity Software Lab" olacaq.

"IBM"-in əməkdaşlarının verdiyi məlumata əsasən, birləşmiş İsrail kibermühafizə mərkəzində 200 nəfərdən çox insan işləyəcək.

Bu gün "IBM"-in artıq Təl-Əvivdə nümayəndəliyi, eləcə də,  kiçik proqram tərtibatı və araşdırma mərkəzi var. "Trusteer" şirkətinin isə Bostonda nümayəndəliyi mövcuddur.

"Trusteer"in proqramları əsasən, bank İT sistemlərinin təhlükəsizliyinə olan təhdidləri aşkar edib qarşısını almağa, o cümlədən onların haker və fırıldaqçı təsirindən qorunmasına yönəldilib. "IBM"-dən bildirilir ki, iki şirkət birləşdikdən sonra mobil maliyyə həllərinin və eyni zamanda "bulud" üzərindən təqdim edilən həllərin yaradılması genişlənəcək.

Aynur Vəliyeva
 




15/08/13    Çap et