Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Washington Post” saytına müdaxilə edilib


Hakerlər “The Washington Post” qəzetinin saytına müdaxilə edərək istifadəçiləri “Suriya elektron ordusu”nun saytına yönləndirib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qəzetin məlumatına əsasən, bəzi məqalələri açmaq istəyən istifadəçilər Suriya hakerlərinin saytına yönləndiriliblər. Nəşr qeyd edib ki, haker hücumunun nəticələrini araşdırır.

Xatırladaq ki, "Suriya elektron ordusu" Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən haker qruplaşmasıdır. Bu ilin yazında sözügedən qruplaşma dünya KİV-nin sayt və mikrobloqlarına hücumlar seriyası həyata keçiriblər.

Emil Hüseynov
 




16/08/13    Çap et