Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və informasiya texnologiyaları naziri Şabranda vətəndaşlarla görüşüb



 
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şabranda bu rayondan, eləcə də Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarından olan vətəndaşlarla görüşüb.

Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların şikayət və müraciətləri dinlənilib.

Qəbul zamanı zəruri məqamlarda ətraf rayonların telekommunikasiya qovşaqlarının rəhbər şəxsləri ilə də telekörpü yaradılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, məsələlərin bəziləri yerindəcə həllini tapıb.

Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə bildiribki, müraciətlərin əksəriyyətini ucqar kəndlərdə rabitə ilə bağlı mövcud problemlər təşkil edib. Nazir əlavə edib ki, artıq ən ucqar kəndlərdə də əhalinin internet xidmətlərindən yararlanmaq istəməsi sevindirici haldır.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
 




17/08/13    Çap et