Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” şirkəti 45 dəqiqə saytının işləmədiyinə görə 5 milyon dollar itirib


ABŞ və Kanada sakinləri 45 dəqiqə ərzində “Amazon” onlayn pərakəndə satış şirkətinin əsas saytının xidmətlərindən yararlana bilməyiblər.

Şirkətin dəqiqədə orta mədaxilinin təxminən 118 min dollar qiymətləndirilməsi nəzərə alınmaqla, işin dayanması nəticəsində mağaza 5 milyon dollar itirmiş olub.

“Amazon”un  digər ölkələrdə və törəmə şirkətlərdə iş fəaliyyətində fasilənin yaranması müşahidə olunmayıb.
   
Qeyd edək ki, son həftə ərzində iri texnoloji şirkətlərin onlayn servislərinin sıradan çıxması üçüncü dəfə baş verir. Cümə günündən şənbə gününə keçən gecə işdə 2 dəqiqəlik fasilənin yaranması səbəbindən “Google” təxminən 500 min dollar itirib.

İki gün əvvəl isə istifadəçilər “Microsoft” korporasiyasının bir sıra servislərindən istifadə etmək imkanından məhrum olublar, - “IT Expert www.itexpert.org.ua” yazır.   
 




21/08/13    Çap et