Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Technical Education Week” keçiriləcək


“ZyXEL” və “QNAP” şirkətləri Bakıda müştəri və tərəfdaşları üçün “Technical Education Week” tədbirini keçirəcəklər.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir sentyabrın 9-dan 13-dək keçiriləcək.

“Technical Education Week” çərçivəsində şirkətlərin yerli tərəfdaşları, müştəriləri üçün konfransların keçirilməsi, nümayiş stendlərinin təşkili, “ZyXEL” və “QNAP” məhsulları işləmək üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.

Aynur Vəliyeva




21/08/13    Çap et