Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG Display” şirkəti dünyada ilk 5,5 düymlük “Quad HD” ekranını təqdim edib


“LG Display” şirkəti bildirib ki, o, smartfonlar üçün “Quad HD” (2560x1440 nöqtə) təsvir ölçülü ekran hazırlamağa müvəffəq olub.

“ICTnews.az” elektron xəbər xidməti “ict.ua” saytına istinadən bildirir ki, sözügedən yeni maye kristal panelin qalınlığı 1,21 millimetr (mm) təşkil edir və yan tərəflərə quraşdırılmış çərçivələrin qalınlığı 1,2 mm təşkil edir.

“LG Display” şirkətindən bildirilib ki, yenilik eyni zamanda dünyanın ən nazik maye kristal panelidir. “AH-IPS” və “LTPS” (Low-temperature polysilicon screen) texnologiyalarının tətbiqi sayəsində panelin parlaqlıq göstəricisi 430 nit təşkil edir.

Emil Hüseynov




21/08/13    Çap et