Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brauzer bazarının lideri hansıdır?


“Net Applications” analitiklərinin iyul ayına olan məlumatlarına əsasən, “Chrome” ən sürətli inkişaf edən brauzer olsa da, populyarlığına görə “Internet Explorer” (IE) brauzerindən çox geri qalır.

Bir ay ərzində “IE” brauzerinin payı 0.46% artaraq 55,61% olub. “Firefox” brauzerinin payı müvafiq dövrdə 0,86% azalaraq 18,29% olub və o, ikinci yerdə qərarlaşıb. “Mozilla” şirkətinin məhsulu 5 ildə belə aşağı nəticə ilə üzləşməmişdi.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, internet nəhənginin brauzeri bu ilin iyulunda öz mövqeyini 0,59% artırıb və onun bazar payı 17,76% təşkil edib. Dinamikaya nəzər salaraq qeyd etmək olar ki, “Chrome” brauzeri yaxın aylar ərzində “Firefox”u ötəcək.

“Net Applications” 40 mindən çox veb-sayta daxil olan 160 milyondan çox istifadəçinin fəallığını izləyir.

Emil Hüseynov




22/08/13    Çap et