Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Vine” video xidmətinin auditoriyası iki ayda üç dəfə artıb


“Vine” video xidmətinin rəsmi mikrobloquna əsasən, qısa çarxlar dərc etməyə imkan verən sözügedən xidmətin auditoriyası 40 milyona çatıb. Belə ki, iki ayda xidmətin istifadəçilərinin sayı üç dəfə artıb. Bu il iyunun əvvəlində “Vine” video xidmətinə sahib olan “Twitter” elan etmişdi ki, xidmətin aktiv auditoriyası 13 milyondur.

Qeyd edək ki, artıq iyunun 20-dən etibarən “Instagram” populyar mobil tətbiqində də qısa çarxlar hazırlamaq mümkün olub. “Vine”dən fərqli olaraq, burada istifadəçilər təsvirə filtrlər tətbiq edə bilərlər.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Vine” video xidməti 2013-cü ilin yanvarında istifadəyə verilib. Xidmət internetdə altı saniyə uzunluğunda səsli video yerləşdirməyə icazə verir.
“Facebook” şirkətinə məxsus və video, həm də foto dərc etməyə imkan  verən “Instagram”ın aylıq auditoriyası 130 milyon insan təşkil edir.

Emil Hüseynov




22/08/13    Çap et