Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” istifadəçilərin bir-birlərinə kömək etməsinə şərait yaradacaq


“Google” şirkəti “Google Helpouts” adlı yeni şəbəkə layihəsini istifadəyə verib. Sözügedən layihə vasitəsilə istifadəçilər bir-birlərinə kömək edə biləcək. Hər bir kəs ödənişli və ya ödənişsiz kömək istəyə və ya köməkçi ola bilər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Helpouts” layihəsi rəsmi istifadəyə verilməyib, o, hələ məhdud beta versiyasındadır . Xidmətin sınaqdan keçirilməsində iştirak etmək istəyən istifadəçilər ərizə yazmalı və moderasiyadan sonra xidmətlə işləməyə başlamalıdır. Kiməsə kömək etməyi arzu edən şəxslər adi qeydiyyat məlumatlarından başqa, öz bacarıq, qabiliyyət və dərəcəsini də qeyd etməlidir. Xidmət kömək istəyən və köməkçilər arasında özü əlaqə yaradacaq.

Bundan başqa, köməkçilər kursların cədvəllərini tərtib edə və cədvəl üzrə kurslar təşkil edə bilərlər. Bundan başqa, kiməsə ödənişli kömək etmək istədikdə, hesabı yalnız “Google Wallet” üzərindən həyata keçirmək olar və o isə bütün ölkələrdə işləmir. Bundan başqa, “Google” ödəniş alandan 20% komissiya çıxır.

Şirkətdən bildirilib ki, kömək üçün ödəniş etmiş və gözlənilən effekti almamış şəxsə pulu qaytarılacaq.

Emil Hüseynov
 
 




22/08/13    Çap et