Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” saytları ABŞ-da istifadə sayına görə liderlikdə “Google”u qabaqlayıb


“ComScore” analitik şirkətinin reytinqinə əsasən, “Yahoo!” şirkətinin internet resursları iyulun yekunları üzrə ümumi istifadə sayına görə lider olaraq “Google” korporasiyasının saytlarını üstələyib.  

“Google” 2008-ci ildən “ComScore” analitik şirkətinin internet resursların aylıq reytinqi üzrə əvəzedilməz lideri olub. “Yahoo!” İT cəmiyyəti üçün gözlənilmədən ABŞ-da ümumi istifadə sayına görə internet nəhəngini ötməyə nail olub.

Belə ki, "ComScore MMX” servisindən alınan məlumatlara əsaslanan reytinqə görə, iyulda “Yahoo!” və “Google” saytlarından ümumi istifadə sayı müvafiq olaraq 196,564 və 192,251 milyon təşkil edib, - “Digit www.digit.ru” yazır.




22/08/13    Çap et