Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” əlavə reallıq displeyinin yaradılması üçün patent alıb



“Google” şirkəti “Foxconn” korporasiyasından əlavə reallıq displeyinin işini təsvir edən patent alıb.  
“Foxconn”un “Hon Hai Precision Industry” bölməsi - aparıcı İT şirkətlər, o cümlədən “Apple” üçün komplekt hissələr istehsalçısı “Google”a başa bərkidilən “Head Mounted Display” (HMD) əlavə reallıq displeyinin yaradılmasını təsvir edən patenti satıb.

Texnologiya istifadəçinin görmə əhatəsində kompüterlə generasiya edilən təsvirin reallığa çevrilməsini nəzərdə tutur. Oxşar texnologiyadan hazırda aviasiya və taktiki displeylərdə, kompüter oyunları üçün qurğularda və simulyasiyalı trenajorlarda istifadə olunur.

Patentin virtual təsviri real dünyaya çevirmə üsulu internet nəhəngi tərəfindən “Google Glass” eynəklərinin istehsalında istifadə edilə bilər.

Şirkət rəhbərləri şərh verməkdən imtina etdiyinə görə sövdələşmə barədə ətraflı məlumat verilmir, “Digit www.digit.ru” yazır.






24/08/13    Çap et