Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” “Luma” videoxidmətini satın alıb


"Instagram" fotomübadilə xidməti "Luma" tətbiqinin tərtibatçısını (şirkəti) satın alıb. "TechCrunch" bloqu yazır ki, çarxların çəkiliş imkanlarının təkmilləşdirilməsi satınalmaya səbəb olub.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Luma" tətbiqi "App Store" onlayn dükanında 18 ay əvvəl yerləşdirilib. Tətbiq təsvirin ziddiyyət, parlaqlıq və dolğunluq sazlamaları kimi standart videoredaktə vasitələrindən başqa, həmçinin onun sabitləşdirilməsi və "Infinite Filter" kimi funksiyalara malik olub. Bu funksiya çəkiliş zamanı çarxlara filtrlər yerləşdirməyə imkan yaradır.

Sazişə əsasən, "Lumia" müstəqil xidmət kimi mövcud olmayacaq.  

Emil Hüseynov
 




26/08/13    Çap et