Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un kapitallaşdırma dəyəri 100 milyard dolları ötüb


Dünən NASDAQ birjasında Amerikanın "Facebook" sosial şəbəkəsinin kapitallaşdırma  dəyəri 100 milyard dolları ötüb.

Dünənki hərracın bağlanması zamanı "Facebook"un bir səhminin qiyməti 40,55 dollar, kapitallaşdırma dəyəri isə 98,75 milyard dollar təşkil edib.
Qeyd edək ki, "Facebook" dünyanın ən böyük sosial şəbəkəsidir. İkinci rübün yekununa görə "Facebook"un mədaxili 1,813 milyard dollar təşkil edib.

Aprel-iyun aylarında şirkətin əməliyyat gəliri 562 milyon dollar, xalis gəlir isə 333 milyon dollar olub. "Facebook" sosial şəbəkəsində qeydiyyatdan keçmiş istifadəçilərin sayı 1,15 milyard təşkil edib.

Emil Hüseynov
 
 
 




27/08/13    Çap et